SON DƏQİQƏ
» » Xaricdən gələn " Bukmeykerlər" sizi aldadır- EHTİYATLI OLUN

Xaricdən gələn " Bukmeykerlər" sizi aldadır- EHTİYATLI OLUN

Tarix:

21-01-2018, 20:18

/ 4 512 dəfə oxundu.
Xaricdən gələn " Bukmeykerlər" sizi aldadır- EHTİYATLI OLUN

Gunaz.az-ın məlumatına görə, xaricdə keçirilən idman yarışlarına internet vasitəsilə pul qoyuluşu edərək, Azərbaycandan vəsait axınına yol verilir. 

Pul axınına vasitəçilik edənlər bilməlidir ki, bu pul axını bizim iqtisadiyyatımıza zərbədir. Azərbaycanda fəaliyyət göstərən "eTopaz" kimi bukmeyker şirkətinin Azərbaycan futboluna verdiyi faydanın olduğunu nəzərə alsaq, əks halda qeyd etdiyimiz kimi xaricdə fəaliyyət göstərən bukmeyker kontorlarını Azərbaycana gətirən bəzi işbazlar həm xalqın cibinə girərək yüksək faizlər verməklə onları aldadir, həm də budcəni xaricə daşıyırlar. İşbazlar qəpik-quruş ödəməklə qəzetlər, saytlar vasitəsi ilə həmin şirkətlərin reklamını bizim gözümüzə soxurlar , bizim dövrü mətbuat isə  əlacsızlıqdan aza qane olaraq həmin reklamları öz səhifələrində yerləşdirirlər.

Bu yaxinlarda Azərbaycana ayaq açmış "Az1Xbet" bukmeyker saytı böyük və səs-küylü bir reklamla gündəmə gəldi.  Qəzet səhifələrində, Saytların reklam səhifələrində özünə yer elədi, amma bir müddətdən sonra bu saytın Azərbaycanda yayılması bloklandı. "Az1Xbet" bukmeker saytı yenə də aparıcı saytlara "xod" edərək onların vasitəsi ilə (saytlarda gedən reklamın uzərinə toxunan kimi "Az1Xbet" saytına giriş olur)fəaliyyətə başladılar.

Redaksiyamıza hədsiz şikayətlər bu bukmeyker kontorunun insanları aldadaraq onların pullarının mənimsəməsindən xəbər verir.

Yəqin ki, Hüquq-mühafizə orqanları bu işbazların qarşısını ala biləcək və insanları bu bəladan xilas edəcəklər.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ