SON DƏQİQƏ
» » Rayonlarda toyuqlar kütləvi şəkildə tələf olur — Sakinlər narahatdır + Video

Rayonlarda toyuqlar kütləvi şəkildə tələf olur — Sakinlər narahatdır + Video

Tarix:

19-01-2018, 20:58

/ 1 020 dəfə oxundu.
Rayonlarda toyuqlar kütləvi şəkildə tələf olur — Sakinlər narahatdır + Video

Son bir həftədə rayonlarda ev quşları kütləvi şəkildə tələf olmağa başlayıb.

Gunaz.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, baytarlar bunu havaların qeyri-sabit keçməsi ilə əlaqələndirsələr də sakinlər bundan narahatdır. Ev quşlarının ölüm halları İsmayıllı və Kürdəmirdə daha çox müşahidə olunub.

Belə ki, İsmayıllının Kürdmaşı kəndində ev quşlarının kütləvi şəkildə tələf olması faktı qeydə alınıb. Son bir neçə gündə 120-yə yaxın ev quşu tələf olub.

Kənd sakinlərinin sözlərinə görə, quşların qırılması bir neçə gün davam edib. Buna görə də tələfatın qarşısını almaq məqsədi ilə digər ölmüş quşlar basdırılıb. Buna baxmayaraq ev quşlarının ölməsi davam edir.

Tələf olmuş heyvanlardan analiz və yoxlama üçün nümunələr götürülərək rayon baytarlıq idarəsinə göndərilib.

Kürdəmir rayonunun Sor-sor kəndində də bənzər hadisə olub. Sakinlər təsərrüfatlarında ev quşlarının kütləvi tələf olmasından narahatdırlar. Onların sözlərinə görə, son bir həftə ərzində təlafat kütləvi hal alıb.

Xəstəlik ev quşları arasında toyuqlarla yanaşı qaz, hindquşuna da yoluxur. Sakinlər məsələ ilə bağlı rayon baytarlıq idarəsinə müraciət ediblər.

Bildirilir ki, bu günə qədər 500 başdan çox ev quşu tələf olub.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ