SON DƏQİQƏ

Kür çayının səviyyəsi 80 sm azaldı

Tarix:

19-01-2018, 18:57

/ 900 dəfə oxundu.
Kür çayının səviyyəsi 80 sm azaldı

Çaylarda sululuq qış dövrünün normasından yuxarıdır. Lakin buna baxmayaraq, Kür çayının Mingəçevir su anbarından keçən aşağı hissələrində suyun səviyyəsi ötən illə müqayisədə 70-80 santimetr azdır.

Gunaz.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

“Kür çayının səviyyəsinin azalması qış fəslinə xasdır. Buna səbəb Kür çayına tökülən çaylarda suyun az olmasıdır. Çünki dağlıq ərazilərə yağıntı qar şəklində düşür. Gursululuq dövrü martın sonu aprelin əvvəli başlayacaq. Gursululuğu tədqiq etmək üçün Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində 28 marşrut üzrə qarölçmə işləri aparılacaq, qarda olan su ehtiyatı müəyyən ediləcək. Nəticədə yaz-yay gursululuq dövrü məlum olacaq”, - deyə A.Verdiyev bildirib.

Baş hidroloq çaylarda suyun səviyyəsinin artıb-azalması ilə əlaqədar lazımi tədbirlərin görüldüyünü də qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ