SON DƏQİQƏ

Alpinistlərin axtarışından yeni xəbər var

Tarix:

17-01-2018, 19:30

/ 939 dəfə oxundu.
Alpinistlərin axtarışından yeni xəbər var

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam edib.

Gunaz.az FHN-nin saytına istinadən xəbər verir ki, axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır.
 
Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.
 
Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.
 
Əlavə məlumat veriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ