SON DƏQİQƏ
» » Ərəblər Azərbaycanda otel biznesi qurmaq istəyirlər — RƏSMİ

Ərəblər Azərbaycanda otel biznesi qurmaq istəyirlər — RƏSMİ

Tarix:

16-01-2018, 21:09

/ 1 075 dəfə oxundu.
Ərəblər Azərbaycanda otel biznesi qurmaq istəyirlər — RƏSMİ

Ərəb investorları Azərbaycanda otel biznesinə, xüsusilə “ekonom” seqmentində otellərə maraq göstərirlər.

Gunaz.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

Onun sözlərinə görə, bununla belə, hələlik Azərbaycanda otellərin satın alınması barədə faktlar olmayıb: “Bizdə hansısa Azərbaycan otelinin ərəb investorlar tərəfindən alınması barədə məlumat yoxdur, amma onların marağı var. Ötən il Səudiyyə Ərəbistanından investorlar bizə müraciət ediblər. Onlar “ekonom” kateqoriyalı - iki və üçulduzlu otellərlə maraqlanıblar. Amma bizə məlum olmayan səbəblərdən razılıq əldə olunmayıb”.

Assosiasiya rəhbəri qeyd edib ki, hazırda Azərbaycanda ərəb investorlara məxsus otellər qeydiyyatda mövcud deyil: “Hazırda Assosiasiya turistlərin yerləşdirilməsi ilə məşğul olan obyektlərin reyestrinin tərtib olunması ilə məşğul olur. Biz artıq Bakı üzrə işimizi başa çatdırmışıq, indi regionlarda işimizi davam etdiririk. Demək istəyirəm ki, indiyədək ərəblərə məxsus və ya onların idarə etdiyi otellər qarşımıza çıxmayıb”.

S.Dübəndi həmçinin bildirib ki, hazırda ərəb investisiyasının otel biznesinə cəlb olunmasına zərurət yoxdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ