SON DƏQİQƏ
» » “Ermənistan Azərbaycan ordusundan qorxur” - General

“Ermənistan Azərbaycan ordusundan qorxur” - General

Tarix:

16-01-2018, 19:58

/ 1 069 dəfə oxundu.
“Ermənistan Azərbaycan ordusundan qorxur” - General

Azərbaycanın Müdafiə nazirliyinin məlumatına görə, cari ilin cəmi 8 günü ərzində işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb. Bu məlumatlar bir daha göstərir ki, Ermənistan tərəfinin itkiləri rəsmi göstərilən rəqəmlərdən qat-qat artıqdır. 
Ümumilikdə isə son günlər cəbhə xəttində vəziyyət gərginləşib, düşmən tərəfi Ağdamın kəndini atəşə tutaraq, yenidən mülki əhalini hədəfə alıb. 
Gunaz.az xəbər verir ki, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov AzVision.az-a bildirib ki, Ermənistan tərəfi Azərbaycan ordusundan qorxur və ehtiyat edir. Onun sözlərinə görə, hazırda Ermənistanda daxili gərginlik, xaos hökm sürür. 
“Ölkədəki vəziyyət Ermənistan rəhbərliyini ciddi narahat edir. Onlar cəbhədə atəşkəs rejimini tez-tez pozmaqla Ermənistan cəmiyyətini gərginlikdə saxlamağa çalışırlar. Əhaliyə göstərirlər ki, cəbhədə vəziyyət gərgindir, bu məqamda hakimiyyətə qarşı aksiyalar keçirilməsin”. 
Aydəmirov qeyd edib ki, düşmənin cəbhədəki istənilən cəhdini qarşısı alınır: "Azərbaycan Ordusu düşmənin təxribatının qarşısını almağa qadirdir. Ermənistan tərəfi ordumuzun gücünə bələddir".
Qeyd edək ki, Ermənistanda və işğal altında olan Qarabağda düşmən itkilərinin sayı getdikcə artır. Rəsmi məlumatlara əsasən, 2017-ci ildə düşmən tərəfi 32 döyüş və 30 qeyri-döyüş itkisi verib. Həmçinin ötən il ermənilərin 100-dək yaralısı olub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ