SON DƏQİQƏ
» » “Ağıllı istixana” yaradıldı - Azərbaycanda

“Ağıllı istixana” yaradıldı - Azərbaycanda

Tarix:

16-01-2018, 19:14

/ 937 dəfə oxundu.
“Ağıllı istixana” yaradıldı - Azərbaycanda

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri “ağıllı istixana” yaradıb.

Bunu Gunaz.az-a layihəyə yaxın olan Rusif Hüseynov deyib.

Onun sözlərinə görə, layihə funksionallığına görə xarici analoqlarını üstələyir və tərəvəzlərin istixana təsərrüfatında yetişdirilməsi prosesinin tam avtomatlaşdırılmasını nəzərdə tutur: “Tələbələr tərəfindən istifadədə sadə və etibarlı sistem yaradılıb. Bu gün azərbaycanlı sahibkarları bu cür qurğuları Almaniya və Niderlanddan ixrac edir. Tələbələrimiz tərəfindən yaradılan layihə isə heç də onlardan geri qalmır. Biz “ağıllı istixana” layihəsini Kənd Təsərrüfatı Nazirliyinə təqdim etmək niyyətindəyik”.

“Ağıllı istixana” istixanalarda iqlimə avtomatik nəzarət etməyə imkan verir və hava dəyişikliyinin bitkilərə təsirinin qarşısını alır./Trend

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ