SON DƏQİQƏ
» » Deputatdan metrodakı intiharlarla bağlı TƏKLİF...

Deputatdan metrodakı intiharlarla bağlı TƏKLİF...

Tarix:

13-01-2018, 13:40

/ 897 dəfə oxundu.
Deputatdan metrodakı intiharlarla bağlı TƏKLİF...

Bu həftə Bakı metropolitenində iki nəfər gənc özünü relslər üstünə ataraq həyatına qəsd etdi: iki nəfər gənc həyatdan köçsə də, ailələrinə illərlə çəkəcək böyü bir ağrı qoyub getdilər.
Gunaz.az xəbər verir ki, Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, düz deyilir ki, vaxtında onlara psixoloji dəstək olunsa idi, faciələrin qarşısını almaq olardı.
 “Ancaq hadisə baş verib və gələcəkdə də belə hadisələrin təkraralanacağı istisna deyil. Xaricdə bu probelmin həllini artıq tapıblar və metro stansiyalaraında qatar platformalarında qurulan qurğular sui-qəsdlərin qarşısını tam ala bilir. Platformalarda bütün xətt boyu şəffaf divar çəkilir və aralarında olan qapılar ancaq qatar platformada dayandıqdan sonra açılır. Belə sistem Rusiyanın Sankt-Peterburq, Koreyanın Seul və Çinin Tayvan adasının mərkəzi Taybey şəhər metrolarında qurulub. Bu yaxınlarda onlar Belarusun paytaxtı Minsk şəhər metrosunda da qurulacaq...” – deyə, millət vəkili sözlərinə əlavə edib.(oxu.az)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ