SON DƏQİQƏ
» » ABŞ-da Çingiz Sadıqovla vida mərasimi keçiriləcək

ABŞ-da Çingiz Sadıqovla vida mərasimi keçiriləcək

Tarix:

12-01-2018, 22:58

/ 926 dəfə oxundu.
ABŞ-da Çingiz Sadıqovla vida mərasimi keçiriləcək

Bazar ertəsi günü məşhur pianoçunun nəşi Bakıya göndəriləcək

Sabah Amerikanın San Fransisko şəhərində mərhum azərbaycanlı pianoçu Çingiz Sadıqovla vida mərasimi keçiriləcək.

Bu haqda Musavat.com-a açıqlamasında Kaliforniya Azərbaycan Cəmiyyətinin rəhbəri Həmid Azəri məlumat verib. H.Azərinin sözlərinə görə, mərhumla görüşə Kaliforniyada, eləcə də Amerikanın digər şəhərlərindəki azərbaycanlılar qatılacaq. Tədbirdə mərhum pianoçunun xanımı, ailə yaxınları da iştirak edəcək.

Ç.Sadıqovun nəşi daha sonra Nyu York şəhərinə göndəriləcək. H.Azəri bildirdi ki, gələn həftənin bazar ertəsi günü isə mərhum pianoçunun nəşi Bakıya göndəriləcək. Bakıda, Fəxri Xiyabanda basdırılacaq Ç.Sadıqovun dəfn mərasiminin vaxtı isə gələn həftə açıqlanacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ