SON DƏQİQƏ
» » Türk dünyası qəzetəçilərinin zirvə görüşü keçiriləcək

Türk dünyası qəzetəçilərinin zirvə görüşü keçiriləcək

Tarix:

11-01-2018, 22:58

/ 1 179 dəfə oxundu.
Türk dünyası qəzetəçilərinin zirvə görüşü keçiriləcək


 Yanvarın 14-17-i tarixlərində Türkiyədə Türk Dünyası Qəzetəçilərinin Zirvə görüşü keçiriləcək. Bu barədə məlumatı Gunaz.az-a sözügedən zirvə görüşünə dəvət almış "Birlik" jurnalının baş redaktoru və ATXƏM-in icra katibi İlqar İlkin verib.
Bildirib ki, zirvə görüşü Türkiyənin Kocaeli şəhərində baş tutacaq. Türk dünyasının müxtəlif bölgələrindən iştirakçıların olduğu toplantıda media təmsilçiləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi və s. bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Toplantıda iştirak edən "Birlik" jurnalinin bas redaktoru, ATXƏM icra katibi ilqar İlkin "AzƏrbaycan mediasi vƏ Türkdilli xalqların medİa qurumları ilə Əlaqələr" movzusunda çixıs edəcək.
Qeyd edək ki, Zirvə görüşü çərçivəsində media ödüllərinin verilməsi də nəzərdə tutulub.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ