“Petkim” Egey bölgəsinin ən böyük ixracatçısı olub

Gunaz.az  xəbər verir ki, 11 Yanvar, 2018  14:18 xəbər – Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” Egey bölgəsində “Ən çox ixrac edən şirkət” və “Kimya sektorunun ən çox ixrac həyata keçirən şirkəti” mükafatlarını alıb.
“Report” “Petkim”ə istinadən xəbər verir ki, “İxracatın ulduzları-2017” mükafatlandırma mərasimində Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybekçi “Petkim”in mükafatlarını baş direktor Anar Məmmədova təqdim edib.
Ötən il “Petkim”in ixracı 671 mln. ABŞ dolları təşkil edib.
Mərasimdə çıxış edən A.Məmmədov bildirib ki, 2017-ci ildə “Petkim” üçün rekord göstəricilər qeydə alınıb. Onun sözlərinə görə, ötən il “Petkim” 69 ölkəyə məhsul ixrac edib. 

скачать dle 10.6фильмы бесплатно
Video