SON DƏQİQƏ
» » Yeni lüğətdə yeni sözlər - Deltaplan, gid, prelüdiya... - VİDEO

Yeni lüğətdə yeni sözlər - Deltaplan, gid, prelüdiya... - VİDEO

Tarix:

9-01-2018, 20:54

/ 1 173 dəfə oxundu.
Yeni lüğətdə yeni sözlər - Deltaplan, gid, prelüdiya... - VİDEO

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti hazırlanıb.

Gunaz.az xezerxeber.az-a istinadən bildirir ki, kitaba bir neçə min yeni söz daxil edilib. Ancaq elə sözlər də var ki, dildə istifadə olunmadığı üçün lüğətdən də çıxarılıb.
Məsələn, deltaplan, ekzitpol, etno-caz, gid, xoreoqraf, prelüdiya, çəkələk...
Bu sözlər heç kəsi təəcübləndirməsin. Çünki dilə çətin yatan və yeni olan, eyni zamanda dildə çox istifadə edildiyi halda indiyə qədər heç bir lüğətə salınmayan bu sözlər artıq orfoqrafiya lüğətində öz əksini tapıb.
45 mindən çox sözü əhatə edən yeni orfoqrafiya lüğəti Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən hazırlanaraq nəşr edilib. Mərkəzin aparat rəhbəri Yaşar Əliyev deyir ki, lüğətə həmçinin dildə işlənən, ancaq öncəki lüğətlərdə əksini tapmayan mindən çox söz də daxil edilib.
Bundan başqa, yeni lüğət hazırlanarkən köhnə lüğətlərdə olan və hazırda cəmiyyətdə işlənməyən sözlər ixtisar edilib. Bunda əsas məqsədi Azərbaycan dilində alınma və ümumişlək olmayan sözlərin dildən çıxarılması, əvəzində Azərbaycan dilində olan sözlərin işlənməsi hesabına bu dilin daha da zənginləşməsinə töhfə verməkdir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ