SON DƏQİQƏ
» » Vərəmin gecikmiş formalarından əziyyət çəkənlərin sayı - 2 dəfə azalıb

Vərəmin gecikmiş formalarından əziyyət çəkənlərin sayı - 2 dəfə azalıb

Tarix:

8-01-2018, 14:59

/ 820 dəfə oxundu.
Vərəmin gecikmiş formalarından əziyyət çəkənlərin sayı - 2 dəfə azalıb

Azərbaycanda vərəmin gecikmiş və yayılmış formalarından əziyyət çəkən xəstələrin sayı 2010-cu illə müqayisədə 2 dəfə azalaraq 7,6%-lik göstəricidən 3,4 %-ə enib.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Gunaz.az-a verilən məlumata görə, son illər ərzində vərəmlə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər müşahidə olunur.

Əgər 2010-cu ildə hər 100 min əhaliyə xəstələnmə göstəricisi 53 təşkil edirdisə, hazırda bu göstərici 39-a qədər azalıb. Ölkədə ilkin aşkar olunmuş vərəm hallarının sayı da 21% azalıb.

Müalicə tədbirlərinin gücləndirilməsi və xəstələrin dərman preparatları ilə təmin olunması nəticəsində ölüm hallarının sayı da azalmaqdadır. 2010-cu ildə 100 min əhaliyə ölüm göstəricisi 7,9 təşkil etdiyi halda, 2016-cı ildə həmin göstərici 4,6 olub.

Dərmanlara davamlı vərəmin yayılma səviyyəsində də müsbət nəticələr əldə edilib. Əgər 2007-ci ildə bu formalı ilkin xəstələr ölkəmizdə Avropa ölkələri arasında ən yüksək qeyd edilirdisə, hazırda bu göstərici həm ilkin, həm də təkrar xəstələr arasında təxminən iki dəfə azalıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ