SON DƏQİQƏ

Bayram Kürdəxanılının anası da vəfat etdi

Tarix:

7-01-2018, 14:34

/ 994 dəfə oxundu.
Bayram Kürdəxanılının anası da vəfat etdi

Mərhum tanınmış meyxanaçı Bayram Kürdəxanılının (Bayramqulu Quliyev) anası 1934-cü il təvəllüdlü Səkinə Quliyeva dünyasın dəyişib.

Gunaz.az unikal.org-a istinadən xəbər verir ki, Səkinə Quliyeva uzun sürən xəstəlikdən sonra dünyasın dəyişib.

Mərhum bu gün saat 14:00-da Kürdəxanı qəbiristanlığında, oğlu Bayram Kürdəxanılının yanında dəfn olunacaq. Xatırladaq ki, ötən ilin avqust ayının 23-də toy mərasimindən evə qayıdan meyxana ustası Kürdəxanı qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub.

Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

скачать dle 12.1

Şərhlər