SON DƏQİQƏ

Əsgərlərlə görüş: XOŞ ANLAR

Tarix:

3-01-2018, 23:18

/ 3 392 dəfə oxundu.
Əsgərlərlə görüş: XOŞ ANLAR

Bayram ərəfəsində AzQMƏVŞAİB-in Sabunçu filialının üzvləri Müdafiə Nazirliyinin “Açıq qapı” günü ilə əlaqədar və HHQ və HHMQ-nın komandanlığının dəvəti ilə “N” saylı hərbi hissədə olmuşlar. Tədbirdə Sabunçu rayonundan Millət Vəkili seçilmiş Dilarə Cəbrayılova, əsgər valideynləri iştirak etmişlər.

Gunaz.az bildirir ki, Qeyd olunan qoşun növünün komandanı General-leytenant Ramiz Tahirov və Millət Vəkili Dilarə Cəbrayılova tərəfindən əsgərlərə bayram sovqatları paylanılmış, tədbirdə iştirak edən valideynlərin əsgər övladlarına 2-3 günlük məzuniyyət verilmişdir. Tədbirdə Sabunçu rayon mədəniyyət işçiləri maraqlı konsert proqramı ilə çıxış etmişlər. Qonaqlar, o cümlədən valideynlər övladlarının gündəlik məişəti ilə yaxından tanış olmuşlar. Əsgərlər qarşısında çıxış edən General-leytenant R.Tahirov, Millət vəkili D. Cəbrayılova, AzQMƏVŞAİB-in Sabunçu rayon filialının sədri Zülfüqar Cəfərov qeyd etmişlər ki,ordumuza göstərilən qayğı və diqqət,hərtərəfli maddi-texniki bazanın güclənməsi dövlətimizin prioritet vəzifələrindən ən əsasıdır. Qeyd olundu ki, Ali Baş Komandanın əmri ilə döyüşə atılmağa güclü ordumuz və xalqımızın ruh yüksekliyi var. Sonda qonaqlar və valideynlər əsgərlərlə eyni bayram süfrəsində nahar etmişler. HHQ ve HHMQ-nin komandanlığı müharibə veteranlarını daim belə tədbirlərə çağıracağını bildirmiş və istənilən hərbi hissədə əsgər və zabitlərlə görüş keçirməyi dəstəklədiyini demişdir.

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ