SON DƏQİQƏ
» » starada REYD: Sərxoş sürücülərə "yeni il hədiyyəsi"

starada REYD: Sərxoş sürücülərə "yeni il hədiyyəsi"

Tarix:

2-01-2018, 08:30

/ 1 277 dəfə oxundu.
starada REYD: Sərxoş sürücülərə "yeni il hədiyyəsi"

Bayram günlərində Astarada sərxoş sürücülərə qarşı reyd keçirilib.

Gunaz.az xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi tərəfindən şəhər ərazisində təşkil olunan reydin məqsədi yollarda təhlükəsiz və rahat hərəkətin təmin olunması, ciddi qayda pozuntularına yol verərək təhlükə törədən sürücüləri aşkarlamaq olub.

Reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb. Bunlardan da üçü içkili halda nəqliyyat vasitəsini idarə etdiyi üçün cərimə olunub və avtomobili cərimə meydançasına aparılıb.

Bundan başqa təhlükəli manevr edən, sürücülük hüququ olmadan sükan arxasına keçən, sərnişindaşıma qaydalarını kobud şəkildə pozan və digər qayda pozuntuları edən sürücülər də müəyyən olunub

Yollarda sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmini məqsədini daşıyan bu cür reydlər bundan sonra da davam etdiriləcək.(Publika.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ