SON DƏQİQƏ
» » İnsanları həbsə atmaqla problemləri həll etmək olmaz- FAZİL MUSTAFA

İnsanları həbsə atmaqla problemləri həll etmək olmaz- FAZİL MUSTAFA

Tarix:

29-12-2017, 12:15

/ 896 dəfə oxundu.
İnsanları həbsə atmaqla problemləri həll etmək olmaz- FAZİL MUSTAFA

2017-ci ildə dünyada qlobal iqtisadi-maliyyə böhranı davam etdiyi bir zamanda Azərbaycan bu kataklizmlərdən özünü qoruya bildi. Lakin daxili siyasətdə problemlər mövcuddur.

Gunaz.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında səsləndirib.

Daha çox iqtisadi sahədə baş verən proseslərdən narahatlığını dilə gətirən deputat deyib ki, maliyyə axını digər ölkələrin iqtisadiyyatının inkişafına xidmət edir: “Bu məsələlərə ciddi nəzarət olunmalıdır. Ölkədən maliyyə axını iqtisadiyyata mənfi təsir edə bilər və bu məsələ üzərində düşünmək lazımdır. Sabah insanları həbsə atmaqla problemləri həll etmək olmaz. Odur ki, bu məsələyə ciddi diqqət yetirilməlidir”.

Azərbaycan Respublikasının yaradılmasının 100 illiyi ilə bağlı aparılan hazırlıq işlərindən narazı olduğunu qeyd edən F.Mustafa deyib ki, bu sahədə çox ləng iş gedir və hiss olunacaq səviyyədə deyil: “Ciddi bir film çəkilmədi, kitab çap olunmadı. Heç olmasa 2018-ci ildə bu işlərə diqqət yetirilsin. Xüsusən də film çəkilişi məsələsinə diqqət yetirilsin. Çünki nəticədə 100 illik yubileylə bağlı məsələdə Ermənistan və Gürcüstandan geri qala bilərik”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ