SON DƏQİQƏ

Millət vəkilindən VACİB TƏKLİF

Tarix:

29-12-2017, 11:57

/ 1 045 dəfə oxundu.
Millət vəkilindən VACİB TƏKLİF

“Dövlət büdcəsindən maliyyələşən telekanallarda Azərbaycan dili dərslərinin tədris edilməsi vacib məsələdir. Bununla da xaricdə yaşayan soydaşlarımız azərbaycanla bağlı məlumatları daha rahat əldə edə bilərlər”.

Gunaz.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva səsləndirib.

Millət vəkili deyib ki, dünyada yaşayan azərbaycanlıların əksəriyyəti Azərbaycan dilində hazırkı qrafika ilə oxuya bilmirlər:

“Ona görə də diaspora nümayəndələri təklif edir ki, Azərbaycan telekanalları vasitəsilə Azərbaycan dili dərslərini tədris edilsin. Xüsusilə də dövlət büdcəsindən maliyyələşən telekanallar bu addımı ata bilərlər”.

Q.Paşayeva həmçinin ödənişli ali təhsil alan əlil gənclərə ödəniş məsələsində kömək edilməsini də təklif edib:

“Belə gənclərimizin sayı elə də çox deyil ki, bu, bizə problem yaratsın. Hesab edirəm ki, bu qərar onlara stimul ola bilər”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ