SON DƏQİQƏ

ÜFÜQLƏR AYDIN GÖRÜNƏNDƏ...

Tarix:

11-12-2017, 22:46

/ 1 368 dəfə oxundu.
ÜFÜQLƏR AYDIN GÖRÜNƏNDƏ...

 

     Müəllim yetişən nəsilin tərbiyəçisidir. Müəllim əməyi ona görə qiymətli, ona görə şərəflidir ki, o insanın özünü formalaşdırır. Nazilə müəllimə də 40 ildən çoxdur ki, Sumqayıt şəhərində təhsil sahəsində çalışır. Öz işgüzarlığı, təşkilatçılığı ilə həmişə nümunə olmuş, şəhərin ictimai-siyasi həyatında fəallığı ilə fərqlənir.

     O, 1957-ci ildə Sumqayıt şəhərində anadan olub. 1964-cü ildən şəhər I saylı məktəbin 1 sinfınə daxil olub, 1974-cü ildə isə 16 saylı orta məktəbi bitirib. Məktəbdə oxuyarkən xüsusi fəallığı ilə seçilib. Keçirilən əksər tədbirlərin təşkilatçısı olub.

       1976-cı ildə indiki N.Tusi adına ADPU-nin Coğrafiya-biologiya fakültəsinə daxil olub, 1982-ci ildə oranı müvəffəqiyyətlə bitirib. 1976-1980-ci illərdə 18 saylı məktəbdə, 1980-1984-cü illərdə UYYM-də metodist işləyib, 1984-1986-cı illərdə isə Sumqayıt şəhər Xovlu-İplik fabrikində komsomol komitəsinin katibi olub. 1986-1991-ci illərdə TETL-də Sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini, 1991-ci ildən hal-hazıra qədər isə 16 saylı orta məktəbdə həmin vəzifədə çalışır.

       Sözü ilə əməli bir olan insanlar həyatda  mənalı bir ömür yaşayır, öz arzularına  çatırlar. Belə insanlardan biri də şəhərimizdəki təhsil ocaqları içərisində öz səliqə-sahmanı ilə seçilən  və uğurları, mehriban, işgüzar pedaqoji kollektivi olan 16 saylı orta məktəbdə çalışan  Sinifdənxaric və məktəbdənkənar  işlər üzrə təşkilatçısı müəllim Əsgərova Nazilə Xotkar qızıdır.

      Müəllimi bağbana bənzədirlər. Zənnimcə, səhv etmirlər. Bağban özünün yetişdirdiyi meyvəyə sevindiyi kimi, Nazilə müəllimə də şagirdlərimizin yüksək  göstəricləri ilə ali məktəblərə daxil olmalarından, onların müsabiqə, yarış və olimpiadalarda qalib kimi çıxmalarından eyni fərəh hissi keçirir. Uşaqların milli-mənəvi dəyərlərə sadiq və vətənpərvər ruhda yetişməsi Nazilə müəllimənin ümdə vəzifələrindəndir. Gənc nəslin sağlam ruhda tərbiyə olunmasında durmadan çalışır. Həyatda hər bir adam öz müəllimlərini  minnətdarlıq hissləri ilə xatırlayır. Çünki müəllim zamanlar arasında əlaqə yaradan nəsillər silsiləsində bir vəsilədir. Nazilə müəllim də indiki zamanın estafetini gələcəyə verir. Bu isə onun əməyini daha cazibədar edir, gənclərin mənəvi yetkinliyi uğrunda daha gərgin çalışmağa vadar edir. Buna nail olmaq üçün məktəbdə tez-tez aktual mövzulu tədbirlər təşkil edir. Bayramlar, əlamətdar günlər və digər respublika əhəmiyyətli hadisələrin qeyd olunmasında fəallıq göstərir, ədəbi-bədii gecələr, faciəli günlərə həsr olunmuş tədbirləri yüksək səviyyədə təşkil edir, şagirdlər arasında bilik yarışmaları təşkil edir.

      "Ehtiyacı olan uşaqlara qayğı", "Çətin tərbiyə olunan uşaqlarla iş", "Şəhid ailələrinə qayğı", "Şəhid məzunların xatirəsinin yad edilməsi", "Qarabağ müharibəsi iştirakçıları ilə görüş", "Son zəng" və s. kimi tədbirlər, xalqımızın adlı-sanlı əmək adamları, ziyalıları ilə görüşlərin təşkili şagirdlərin təlim-tərbiyəsində mühüm amillərdən olur. Məktəbdə tərbiyə işinin təşkilində məktəblinin ailəsinin öyrənilməsi, sinifdə kollektiv işlərin hazırlanması və keçirilməsində valideynlərin iştirakının təmin olunması, məktəbin təlim-tərbiyəsi və inkişafının gedişi, onun nəticələri haqqında məlumatların çatdırılması kimi işləri önə çəkir. Məktəbdə öz pedaqoji fəaliyyəti ilə fərqlənən, tədris ocağının ictimai həyatında xüsusi fəallığı ilə seçilən, şagird-müəllim-valideyn münasibətlərini layiqincə tənzimləyən Nazilə müəllimə öz ictimai-siyasi fəallığı ilə daim öndədir. Vətənpərvərlik ruhunda hazırlanan tədbirlərdə şagirdlərin  vətənə vurğunluğu, ana torpağın qorunması ilə bağlı çıxışlarında hər bir şagirdin vətənin gələcək övladı kimi onların üzərinə düşən vəzifələr müəyyənləşdirilir. Bu istiqamətdə müəllimlərin üzərinə mühüm vəzifələr qoyulur. Həm də  hər bir sumqayıtlı müəllimin məsuliyyətini daha da artırır, daha yaxşı işləmək üçün səylərimizi səfərbər etməyə cağırır.  Unutmamalıyıq ki, əldə etdiyimiz bu nailiyyətlər apardığımız yüksək təlim-tərbiyənin  nəticəsidir. Bu gün məktəb qarşısında duran ən başlıca vəzifə cəmiyyət üçün yararlı, düşünən şəxsiyyət, vətəndaş yetişdirməkdir. Kimliyindən asılı olmayaraq unutma ki,  sən sumqayıtlısan bu sənin şəhərindir.

      Məhz bu keyfiyyətlərinə, işə yarıdıcı münasibətinə görə onun qabaqcıl iş təcrübəsi şəhər ümumtəhsil məktəblərində yayılmış və 2005-ci ildə şəhər təhsil şöbəsinin keçirdiyi "İlin ən yaxşı sinifdənxaric və məktəbdənkənar işlər üzrə təş- kilatçı" müsabiqəsinin qalibi olmuşdur.

       O, hər zaman öz işini müəllim-şagird, məktəb-valideyn münusibətlərinə uyğun olaraq qarşılıqlı hörmət və inam əsasında qurur. Vətənimizin coğrafıyasını öyrənmək, şagirdlərdə maraq oyatmaq, onları tarixi yerlərə-muzeylərə, ziyarətgahlara, müəssisələrə və s. yerlərə ekskursiyaların təşkil edilməsində xüsusi rolu vardır.

       Bir təşkilatçı  kimi o, hər bir sinif rəhbərlərinin tərbiyəvi iş planının yaradıcı şəkildə tərtib edilməsinə xüsusi fıkir verir.

       Nazilə müəllimə və onun iş prinsipləri haqqında, qabaqcıl müəllim kimi  təcrübələrindən gənc nəslin yetişməsində səmərəli şəkildə istifadə olunur. Nazilə             müəllim isə “İl” çərçivəsində keçirilmiş (şəhər miqyasında) “İlin ən yaxşı sinifdənxaric və məktəbdənkənar işlər üzrə rəhbəri” müsabiqəsinin qalibi olaraq Fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışdır. Bu, onun halal zəhmətinin bəhrəsidir.

       Nazilə Əsgərova həyat yoldaşı, ali təhsilli mühəndis Nahid Əsgərovla birlikdə üç övlad böyüdüblər. Onun oğlu Bəxtiyar, qızları Fidan və Aydan xoşbəxt və sağlam böyüyürlər. Qayğıkeş müəllim yetirdiyi övladları ilə fəxr edir. Nazilə müəllimə  müxtəlif vəzifələrdə çalışmış, fəal ictimaiyyətçi olmuşdur. O, həm də, yaxşı bir coğrafiya müəllimi kimi üzərinə düşən işin öhdəsindən layiqincə gəlir. Qazandığı uğurlardan arxayınlaşmayan Nazilə Əsgərova yeni dərs ilinə də əsl gənclik həvəsi ilə başlayıb. Məktəbdə artıq təsdiq olunmuş öz iş planına uyğun olaraq müxtəlif tədbirlər keçirir,

       Onun əməyinə verilən qiymətə görə Şəhər Təhsil şöbəsi, eləcə də məktəb rəhbərliyinə minnətdarlığını bildirən Nazilə müəllimə deyir ki, bundan sonra da üzərinə düşən məsuliyyəti daha da artıracaq, onun zəhmətinə verilən qiymət müqabilində daha yaxşı işləyəcək, vətənimizin gələcəyi olan şagirdlərinin əsl vətəndaş kimi böyüməsi üçün əlindən gələni əsirgəməyəcəkdir. Dekabr ayının 16-dı Nazilə Əsgərovanın pedaqoji fəaliyyətinin 40, anadan olmasının 60 illiyi tamam olub.

       Biz də zəhmətkeş müəllim, gözəl insan, bacarıqlı təhsil işçisi kimi Nazilə müəlliməni qazandığı bu uğur münasibətilə təbrik edir, ailə səadəti, ən xoş arzularımızı bildiririk.

       Nazilə müəllimə arzu edirik  ki,  qarşıdan gələn illər Sizə  sevinc dolu günlər bəxş etsin. Tanrıdan sizə uzun ömür, can sağlığı ailə səadəti arzulayırıq. Ad günün-şad günün mübarək, 60 yaşın mübarək Nazilə müəllimə!

 

Professor Sayalı Sadıqova,

Mahmud Əyyub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ