SON DƏQİQƏ

Sumqayıtda yaşayanlara şad xəbər

Tarix:

4-12-2017, 16:13

/ 869 dəfə oxundu.
Sumqayıtda yaşayanlara şad xəbər

Sumqayıt dənizkənarı parkının ərazisində ödənişsiz “Wi-Fi” şəbəkəsinin yaradılması layihəsi baxılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim edilib.

Gunaz.az xəbər verir ki, bu barədə Trend-ə “Aztelekom” MMC-nin Sumqayıt telekommunikasiya qovşağından məlumat verilib.

Məlumatda qeyd olunur ki, şəbəkənin yaradılması ilə bağlı işlər layihənin qurum tərəfindən təsdiqlənməsindən dərhal sonra başlayacaq: “Hələlik ödənişsiz “Wi-Fi” şəbəkəsinin Sumqayıt dənizkənarı parkının ərazisində yaradılması nəzərdə tutulur.”

Qeyd edək ki, “Bakı Telefon Rabitəsi” MMC Bakı şəhərinin ərazisində ödənişsiz “Wi-Fi” şəbəkəsinin yaradılması ilə məşğul olur. Bugünədək paytaxtın 17 parkında belə şəbəkələr yaradılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ