SON DƏQİQƏ
» » “Azəristiliktəchizat” yenidən “Azəriqaz”dan gileyləndi- QAZIN TƏZYİQİ AŞAĞIDIR

“Azəristiliktəchizat” yenidən “Azəriqaz”dan gileyləndi- QAZIN TƏZYİQİ AŞAĞIDIR

Tarix:

18-11-2017, 12:57

/ 861 dəfə oxundu.
“Azəristiliktəchizat” yenidən “Azəriqaz”dan gileyləndi- QAZIN TƏZYİQİ AŞAĞIDIR

“Ölkə üzrə qazanxanaların 95 faizi işə salınıb, mənzillərə istiliyin verilməsinə başlanılıb”.

Gunaz.az xəbər verir ki, bunu azvision.az-açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib. Qurum rəsmisi bildirib ki, bəzi yerlərdə qazın təzyiqi aşağı olduğundan problemlər yaranır.

“Elə yer var ki, 5 qazanxana birdən işə düşəndə qazın təzyiqi azalır. “Azəriqaz”a müraciət etmişik ki, həmin yerlərdə qazın təzyiqini artırsınlar. Tənzimləmə işləri aparılır. Bəzi məktəblərdə tətil olduğu üçün bizə müraciət edirlər ki, işə salınmasın. Bir çox məktəblərdə isə noyabr ayının 15-dən istilik sistemi işə salınıb”.

 

Qeyd edək ki, istilik sistemi noyabrın 15-dən verilməli olsa da, qazanxanalar üç gündən sonra işə salınıb. Bəzi yerlərdə hələ də istilik problemi mövcuddur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ