SON DƏQİQƏ
» » Qışda gediş-gəlişi çətin olan yollar yenidən qurulur - VİDEO

Qışda gediş-gəlişi çətin olan yollar yenidən qurulur - VİDEO

Tarix:

10-11-2017, 17:46

/ 992 dəfə oxundu.
Qışda gediş-gəlişi çətin olan yollar yenidən qurulur - VİDEO

Qazax rayonunda 2, Ağstafa rayonunda isə 3 avtomobil yolu yenidən qurularaq istifadəyə verilib.

Azəravtoyol ASC-dən Gunaz.az-a verilən məlumata görə, Qazax və Ağstafada 30 min əhalinin istifadə etdiyi 5 yol yenidən qurulub. Əvvəllər torpaq və çınqıl örtüklü olduğu üçün xüsusən payız-qış mövsümündə sözügedən yollarla vətəndaşların gediş-gəlişində problemlər yaşanırdı. Artıq bu problemlər geridə qalıb. Yenidən qurulan yolların ümumi uzunluğu 41.3 km təşkil edir.

Bütün 5 avtomobil yolu yerli əhəmiyyətlidir və 3-cü texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağı enində yenidən qurulub. Yolların hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Layihə çərçivəsində yollar boyu yeni yol yatağı və yol əsası inşa olunub. Daha sonra 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

скачать dle 12.1

Şərhlər