SON DƏQİQƏ

Gənc Politoloqlar yeni layihə reallaşdırıb

Tarix:

10-11-2017, 17:28

/ 1 061 dəfə oxundu.
Gənc Politoloqlar  yeni layihə reallaşdırıb

Sentyabrın 22-də Gənc Politoloqlar Mərkəzi “İctimai iştirakçılığın təmin olunması, şəffaflığın və ictimai nəzarətin gücləndirilməsində gənclərin rolu” gənclər düşərgəsinin təşkili layihəsinə start verdi.Gənc Politoloqlar  yeni layihə reallaşdırıb
Gunaz.az
 xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən təlim proqramı 4 gün davam edib. Layihənin əsas məqsədi gənc liderlərə şəffaflıq, hesabatlılıq, ictimai iştirak və məsuliyyətli vətəndaş prinsiplərini aşılayan bilik və bacarıqları tədris etməklə onların açıq və məsuliyyətli idarəetmənin müdafiəçiləri olmağa nail olmaqdır. 

Dörd günlük düşərgə müddətində 20 gənc təlim və müzakirələrlə yanaşı interaktiv sessiyalar və praktiki oyunlardan ibarət proqramdan da yararlanıblar.
Gənc Politoloqlar Təşkilatının rəhbəri İlkin Əliyev konfransınn açılışında bunları deyib: “Hüquqi dövlətdə demokratik institutların möhkəmləndirilməsində ictimai nəzarət və
şəffaflıq kimi prinsiplərin rolu mühümdür. İctimai nəzarət demokratik institutların əsas atributlarından olub, əsasən sosial davranış qaydalarını tənzimləməklə davranış normalar sistemini təsbit edir. İctimai nəzarətin gücləndirilməsi və şaffaflığın artırılmasında ictimai sektor ilə yanaşı vətəndaş cəmiyyəti institutları-QHT, KİV, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri və rolu əsasdır.”
Qeyd edək ki, Gənc Politoloqlar Təşkilatı 1997-ci ildən fəaliyyət göstərir və təşkilatın əsas məqsədi hüquqi-demokratik cəmiyyətin fəal iştirakçıları olan gənclərin siyasi və hüquqi təhsil və biliklərinin artırılmasına və təhkimləşdirilməsinə dəstək olmaqdan ibarətdir.
Bilman

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ