SON DƏQİQƏ
» » Xarici telekanallarda Azərbaycanın təbliğinə büdcədən 3.5 MİLYON MANAT AYRILACAQ

Xarici telekanallarda Azərbaycanın təbliğinə büdcədən 3.5 MİLYON MANAT AYRILACAQ

Tarix:

7-11-2017, 15:59

/ 871 dəfə oxundu.
Xarici telekanallarda Azərbaycanın təbliğinə büdcədən 3.5 MİLYON MANAT AYRILACAQ

Teatr və konsert müəssisələrində yaranmış zərərin ödənilməsi üçün 2018-ci ilin dövlət büdcəsindən 16.8 milyon mant ayrılması nəzərdə tutulur.

Gunaz.az bunu gələn ilin büdcə zərfinə istinadən xəbər verir.

Qeyd edək ki, bu xərc əvvəlki illə müqayisədə 1.4milyon manat və ya 9.3 faiz çoxdur. “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nın icrasına 1 milyon manat, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasına 1.5 milyon manat ayrılması gözlənilir.

Xarici televiziya şirkətləri vasitəsilə ölkənin turizm imkanlarının təbliğinə 3.5 milyon manat ayrılması proqnozlaşdırılır.

Xarici ölkələrdə mədəniyyət mərkəzlərinin saxlanılması ilə bağlı xərclərə 3.4 milyon manat, mədəniyyət obyektlərinin maddi-texniki təminatının möhkəmləndirilməsinə 35.1 milyon manat yönəldilməsi nəzərdə tutulub.

Gələn il mədəniyyət və incəsənət sahəsində 150-ə yaxın  mükafatın təsis edilməsi gözlənilir.

скачать dle 12.1

Şərhlər