SON DƏQİQƏ

ŞƏHİDLƏR

Tarix:

22-10-2017, 07:52

/ 2 216 dəfə oxundu.
ŞƏHİDLƏR

  Müqəddəs kitabda “Şəhidlər ölməmişdirlər, əksinə diridirlər.

Sadəcə siz fərqində deyilsiniz.”-deyə buyurulur. Əgər Uca Allah öz yolunda, Vətən, Millət və Dövlət uğrunda canından keçən şəhidləri belə yüksək şəkildə dəyərləndirirsə, onları həm öz mübarək Dərgahında və həmdə ki, Bəşəriyyətin gözündə bu qədər dəyərləndirərək onlara qiymət verirsə, bəs biz nə üçün rahatçılığımızın təminatı naminə cavan yaşında ikən həyatdan hələ tam doymamış şəkildə, arzulara, istəklərə çatmamış bir halda qara torpağın altına girməyə razılaşmış şəhidlərimizi unuduruq?

Bəli, Allah Müqəddəs kitabda insanı da “Unutqan” adlandıraraq ona böyük rəhməti ilə əta etmiş nemətini unutduğunu bildirir. Özüdə ki, bu şəkildə.

Türk-müsəlman şəhidlərinin göstərdiyi fədakarlıq hər kəsə bəllidir. Söhbət bizim Azərbaycan-Türk şəhidlərindən(Qarabağda igidliklə vuruşanlar) gedir. Onlar ön cəbhədə vuruşarkən arxaya baxanda bəzi nanəcib yol yoldaşlarının qorxduqları üçün silahlarını yerə atıb qaçdıqlarını gördükləri an necə də acı və xoşagəlməz bir səhnədir. Təbii ki, bu hal heç bir vaxt igidlərin, qəlbi Vətən eşqi ilə döyünən şəhidləri sındırmamışdır. Amma bir süfrə başında deyə-gülə çörək kəsdikləri insanların sonradan belə addımlar atması, nəin ki, bu qorxmaz insanları-şəhidləri, hətta adi insanları da mənəvi cəhətdən sarsıtmış olardı.

Onların inandığı Allah, şüarları “La İlahə İllallah”, gözlərinin nuru Millət və Ana beşikləri isə Vətəndir. O vətən ki, uşaq beşiyitək körpəyə rahatçılıq gətirdiyi kimi, Allah qatında öz ruzisini yeyən şəhidlərə də rahatçılıq gətirir.

Bəli, Vətən oğlu belədir. Biz bir daha öz şəhidlərimizi yaddan çıxartmamalı, onların müqəddəs əməllərini daima dəyərləndirməli və qiymətləndirməliyik. Çünki, bizim bu gün rahat şəkildə Vətənimizdə yaşamağımızı birinci, Allaha, ikinci isə Allahın bizə bəxş etdiyi bu qəhrəman şəhidlərə borcluyuq!

Ərtoğrul Türkyurd       

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ