SON DƏQİQƏ
» » Könül Xasıyevadan ÜRƏKDAĞLAYAN SÖZLƏR: “Elə şeylər var ki...” - VİDEO

Könül Xasıyevadan ÜRƏKDAĞLAYAN SÖZLƏR: “Elə şeylər var ki...” - VİDEO

Tarix:

16-10-2017, 21:37

/ 2 315 dəfə oxundu.
Könül Xasıyevadan ÜRƏKDAĞLAYAN SÖZLƏR: “Elə şeylər var ki...” - VİDEO

Səhhətində ciddi problem olan Xalq artisti Könül Xasıyeva “Xəzər maqazin” proqramına açıqlamalar verib:

Gunaz.az xəbər verir ki, o, yuxu yata bilmədiyini dilə gətirib:

“Heç yuxu yatmıram. Gecə yatanlara həsəd aparıram. 3 ilə yaxındır ki, heç bir efirə çıxa bilmirəm. Hər il konsert verən xanəndə olmuşam. Oxuya bilməmək mənim yaralı yerimdir. Son üç ildə hər şey pis hala düşdü. Elə şeylər var ki, onu açıqlaya bilmirəm. Vücudum sızıldayır, göynəyir... Onurğanın zədələnməsi bütün siniri pozur. Danışığa da, saça da, dişlərə də təsir edir”.

K.Xasıyeva proqramda ondan 70 min manat borc alıb, geri ödəməyən Xatirə Ağayevadan da söz açıb:

“Xatirə 40 il toylara getdiyim, yığdığım pulu indi vermir. 2015-ci ildə məni övladının toyuna çağırdı, getdim oxudum. Beləcə, ailəvi tanışlığımız oldu. O, pul istədi verdim. Sonra hiss etdim ki, aldadılmışam. Həm özüm, həm övladım, həm də valideynlərim mənəvi zərbə aldıq”.

K.Xasıyeva X.Ağayevanın həbs olunmasını istəməyib. Bu barədə açıqlamanı ifaçının vəkili Şəfiqə Nağıyeva bildirib:

“Könül xanımın istəyi ilə ona ev həbsi verdilər. İndi də pul ödəmir. Biz də tələb edirik, ya ödəsin, ya da həbs edilsin”.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ