SON DƏQİQƏ

Lütfi Zadə gələn həftə dəfn olunacaq

Tarix:

17-09-2017, 14:48

/ 1 069 dəfə oxundu.
Lütfi Zadə gələn həftə dəfn olunacaq

Sentyabrın 6-da Amerikada dünyasını dəyişən görkəmli azərbaycanlı alim Lütfi Zadənin cənazəsi gələn həftə Bakıya gətiriləcək.

GUNAZ.az xəbər verir ki, bu barədə azvision.az-a Lütfi Zadə ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova məlumat verib.

"Cənazə gələn həftə Bakıya göndəriləcək. Hazırda bir az ləngimə var" - deyən Ş.Şahbazovanın sözlərinə görə, Lütfi Zadənin cənazəsi I Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Artıq Lütfi Zadənin məzarı qazılıb. Ş.Şahbazova vurğulayıb ki, dəfndən öncə Lütfi Zadə ilə rəsmi şəkildə vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ