SON DƏQİQƏ

Mehriban Əliyeva körpələr evində - fotolar

Tarix:

11-09-2017, 16:39

/ 1 658 dəfə oxundu.
Mehriban Əliyeva körpələr evində - fotolar

Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində əsaslı şəkildə təmir edilərək yenidən qurulan 105 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov M.Əliyevaya körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verib. 

Körpələr evi-uşaq bağçasının ərazisi abadlaşdırılıb, həyətyanı sahədə attraksionlar quraşdırılıb.

Birinci vitse-prezident daha sonra Nəsimi rayonunda yerləşən Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilən “Qərənfil” körpələr evi-uşaq bağçasında olub. 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verərək bildirib ki, bu bağça 1968-ci ildən fəaliyyət göstərir. 2007-2008-ci illərdə körpələr evi-uşaq bağçasının binasında cari təmir işləri aparılsa da məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmirə ehtiyacı var idi. Burada bu ilin fevral ayında başlanılan təmir nəticəsində uşaq tərbiyə müəssisəsində lazımi şərait yaradılıb.

 

 

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər