SON DƏQİQƏ
» » Mobil operatorlar nə vaxta qədər bu xalqı soyacaq?

Mobil operatorlar nə vaxta qədər bu xalqı soyacaq?

Tarix:

6-08-2017, 10:28

/ 8 438 dəfə oxundu.
Mobil operatorlar nə vaxta qədər bu xalqı soyacaq?


Bir jurnalist olaraq tez-tez ezamiyyətdə olduğum üçün özümə yeni müasir əl telefonu aldım. Bir neçə il işlətmişdim ki, telefonumun ekranı qəflətən söndü. Ustalar dedilər ki, ekran dəyişilməlidir. Ustaya 60 manat ödəyib, ekranı dəyişdirdim. Telefonumun ekranı göstərsə də şəkil çəkən yerini usta xarab etmişdi. Nə qədər desəm də usta dedi ki, siz ekranı dediniz, mən də dəyişdim. Nə isə…
Əl telefonumda həm sim, həm də cin kart işlədirəm. Elə gün olmur ki, hər iki nömrəyə "kontur" yükləməyəm. "Kontur" yükləməyimlə qurtarmağı bir olur. İndi isə telefonuma zəng vursalar da eşitmirdim.
"28 may” metrosunun yaxınlığındakı təmir ustalarından birinə yaxınlaşdım. Usta telefonun menyusunu bir az qurtdalayıb dedi: Apar proqramistə.
Proqram ustası dedi: 10 manata telefonu "format" edəcəm, bütün əl nömrələri, şəkilləri itəcək. Razısan?
Bakcell-in rəsmi dillerinə yaxınlaşdım. O isə Baş ofisə getməyi məsləhət gördü.
Baş ofisdə qəbz alıb bir az gözlədim. Yanımda 75 yaşlı bir ahıl kişi hey danışırdı: Bu telefonuma dəqiqədə bir mesaj gəlir ki, sən hansısa oyuna qoşulmusan. 5 manat yükləmişəm. Balans sıfır (0) göstərir. Xəstə adamam. Bakcell bizi çox incidir. Məlum olur ki, Rabitə və İnformasiya Texnologiya Nazirliyinə müraciət edən işbaz şəbəkələr ümumi dil tapır və Bakcell, eləcə də Azercell xidmətlərindən istifadə edərək öz reklamını edərək vətəndaşları istər-istəməz şəbəkəyə qoşur və külli miqdarda haram pul qazanırlar.
Əsəb gərginliyi keçirən Həsənov Əhməd öz əl telefonunu deyir: (055) 305-44-50.
Ay bala, yatdığım yerdə mənə mesaj gəlir.
Bu şəbəkələr, Bakcell rəhbərləri camaatı dolayıb.
Mühafizəçi isə deyir: Bakcell-in rəhbərləri Port Bakı-da oturur. Bilmirəm ingilisdir, ya yox, heç buraya gəlmirlər.
Öz-özümə fikirləşirəm ki, ingilis bizim qeydimizə qalarmı?
Nəhayət, müştəri xidməti agenti nömrəmi yoxlayaraq deyir: Siz Veolinqə qoşulmusunuz. 9580, 9515-dən sizə mesaj gəlir və sizin konturdan pul tutulur.
Öz-özümə fikirləşirəm ki, axı mən necə olub ki, bu başqatan şəbəkəyə qoşulmuşam?
Eşitmişdim ki, əsəb insan qocaldır. Sən demə, əsəb insanda bir çox xəstəliklər də əmələ gətirirmiş.
Dayanacaqda Million və Payfoin-dən kartuma kontur yükləmək istəsəm də, pul gedir, qəbz gəlir, amma kartım yenə də boşdur. Heyf, bir manatım da belə getdi deyib kor-peşiman Azercell-in dillerini soraqlayıb tapıram. Müştəri xidmətçisi agenti deyir ki, sistem səhərdən işləmir. Rabitə və İnformasiya Texnologiya Nazirliyində sistem yenilənir. Odur ki, 3-4 saat gözləməli olacaqsınız. Bəlkə Baş ofisə gedəsiniz. Statistika Komitəsi ilə üzbəüz Azercell-ə yaxınlaşıram. Müştəri xidmətçisi agenti telefonumu yoxlayır və deyir: Siz Celltıck şirkətinə qoşulmusunuz. 6045-dən sizə mesaj gəlir və konturunuzdan pul tutulur. Dünya adətləri bölümünə daxil olmusunuz. 5011 stop, eləcə də 9008, 50-10 stop yazın SMS-ləri ləğv edin.
Müştəri xidmətləri təmsilçisi Orxan Bağırov məni səbirlə dinləyir və bütün xidmətləri zəng edərək dayandırır. Bu gəncin mehriban, nəzakətli danışığı mənim əsəblərimi qismən də olsa sakitləşdirir.
Fikirləşirəm ki, 170 manat təqaüdümün nə yaxşı ki, yarısı sələmçi bankların hesabına keçir, yoxsa tamam ac qalardıq ki…
Onu da qeyd edim ki, nömrənin surətini çıxardaraq axşam saat 7:00-da özümü birtəhər evə çatdırdım. Günorta yeməyimi yeyib bir az toxdadım. Bütün bunlar həyatımızın reallığıdır.
Vətəndaşlara bu qədər əziyyət vermək yaramaz.
Çalışaq əsəblərimizi qoruyaq.
Rauf İlyasoğlu

 

 

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ