SON DƏQİQƏ

Sabahın HAVASI - 42 dərəcə isti

Tarix:

19-07-2017, 12:32

/ 4 615 dəfə oxundu.
Sabahın HAVASI - 42 dərəcə isti

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən
GUNAZ.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 20-də hava şəraiti dəyişkən buludlu və yağmursuz olacaq.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 34-39° isti olacağı gözlənilir. Bakıda gecə 23-25° isti, gündüz 37-39° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 45-55% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər