SON DƏQİQƏ
» » Bu yolda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bu yolda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Tarix:

2-06-2017, 20:50

/ 3 577 dəfə oxundu.
Bu yolda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Biləcəri-Binəqədi avtomobil yolunda (4-cü qapı küçəsi) aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq sabahdan sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
"Azəravtoyol" ASC-nin mətbuat katibliyindən verilən məlumata görə, hərəkətin qismən məhdudlaşdırılması bir-neçə gün ərzində Biləcəri-Binəqədi yolunun "Daş bazarı" adlanan ərazisində, 4 yolun kəsişməsində tətbiq ediləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və qeyd olunan müddət ərzində sözügedən ərazidə sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməkləri tövsiyyə olunur.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ