SON DƏQİQƏ

Qatarlar pulsuz olacaq

Tarix:

18-05-2017, 19:55

/ 2 874 dəfə oxundu.
Qatarlar pulsuz olacaq

Mayın 22-də IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gedən tamaşaçılar üçün, Bakı sərnişin stansiyasından "Koroğlu” dayanacağına və əks istiqamətdə qatar xidməti göstəriləcək.
Bu barədə "Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
Onun sözlərinə görə, axşam saat 18:00-dan 20:00-a kimi Bakı sərnişin stansiyasından "Koroğlu” dayanacağına 30 dəqiqədən bir qatar işləyəcək.
Mərasim başa çatandan sonra - axşam saat 23:30-dan gecə saat 01:30-a kimi izləyicilərin "Koroğlu” dayanacağından Bak sərnişin stansiyası, Biləcəri, Xırdalan və Sumqayıt istiqamətində "KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ