SON DƏQİQƏ
» » Azərbaycanda əl arabasının borularından qızıl tapıldı - FOTO

Azərbaycanda əl arabasının borularından qızıl tapıldı - FOTO

Tarix:

29-04-2017, 16:07

/ 4 037 dəfə oxundu.
Azərbaycanda əl arabasının borularından qızıl tapıldı - FOTO

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun ixrac piyada keçid xəttində Azərbaycandan Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının əl yüklərinə "Heimann X-ray" markalı rentgen aparatı vasitəsilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, yoxlama zamanı vətəndaşa məxsus 1 ədəd əl arabasının dəmir borularının içərisindən gömrük nəzarətindən gizlədilən, çəkiləri müvafiq olaraq 19, 19, 19, 18, 18, 18, 18 qram olmaqla, ümumilikdə təqribi çəkisi 129 qram təşkil edən 7 ədəd qızıldan hazırlanan boyunbağılar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

GUNAZ.az


 

 

 



скачать dle 12.1

Şərhlər