SON DƏQİQƏ

SABAHA OLAN HAVA PROQNOZU

Tarix:

29-04-2017, 13:51

/ 4 040 dəfə oxundu.
SABAHA OLAN  HAVA PROQNOZU

Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeronda gecə 9-12, gündüz 16-21 dərəcə isti, Bakıda gecə 9-11, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Hava şəraiti gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ