SON DƏQİQƏ

SAVAK-la toqquşmada ölən azərbaycanlı qadın

Tarix:

29-04-2017, 08:56

/ 4 748 dəfə oxundu.
SAVAK-la toqquşmada ölən azərbaycanlı qadın

Azərbaycanlı şair, yazıçı və xalq qəhrəmanı Mərziyə Məhəmmədi Oskui 1945-ci ildə Təbriz yaxınlığında yerləşən Üsküdə anadan olub.
Orta məktəbi bitirdikdən sonra Təbrizdə, daha sonra Tehran Universitetində təhsil alıb.
1970-ci ildə tələbələrin etiraz aksiyalarının təşkilində fəal rol oynayıb. Buna görə də SAVAK məmurları tərəfindən təqiblərə məruz qalıb və 1974-cü ildə SAVAK məmurları ilə silahlı toqquşmalar zamanı həlak olub.
Təəssüf ki, Mərziyənin farsca və türkcə olan əsərləri hələ də toplu şəklində çap edilməyib.
Kult.az Mərziyə Məhəmmədinin şeirini təqdim edir:


Xırdaca, incə arxdım
Meşələrdən, dağlardan
dərələrdən axırdım;
Bilirdim durğun sular
öz içində boğular,
Bilirdim dəryalarda
dalğalar qucağında
xırdaca arxlar üçün
yeni həyat doğular;
Nə yolun uzaqlığı,
nə qaranlıq çuxurlar,
nə durğunluq həvəsi
məni yoldan qoymadı;
İndi qarışmışam mən
qurtulmaz dalğalara;
varlığımız çalışmaq
yoxluğumuz dayanmaq.

SAVAK-la toqquşmada ölən azərbaycanlı qadın

 

SAVAK-la toqquşmada ölən azərbaycanlı qadın

 



скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər