SON DƏQİQƏ
» » Bu sürücülər cərimələnəcək - İslamiada zamanı - VİDEO

Bu sürücülər cərimələnəcək - İslamiada zamanı - VİDEO

Tarix:

27-04-2017, 21:57

/ 3 788 dəfə oxundu.
Bu sürücülər cərimələnəcək - İslamiada zamanı - VİDEO

Gələn həftədən etibarən paytaxtda xüsusi oyunlar üçün nəzərdə tutulmuş zolaqlarda hərəkət edən sürücülər inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər. Qaydaları pozan sürücülər 40 manat cərimələnəcəklər.
İslam Həmrəyliyi Oyunları ilə bağlı yollara çəkilmiş xüsusi zolaqlarla əlaqədar qadağaların qüvvədə olacağı vaxt məlum oldu.
Nazirlər Kabineti Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı sərəncam verib.Sərəncama əsasən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı xüsusi hərəkət zolaqlarından ancaq oyunlara cəlb olunmuş nəqliyyat vasitələri istifadə edə biləcək.
"XəzərXəbər”ə açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran əliyev bildirib ki, Oyunlara cəlb olunmuş nəqliyyat vasitələri ilə yanaşı operativ nəqliyyat vasitələri də həmin zolaqda hərəkət edə bilər. Xüsusi icazəsi olmayan digər nəqliyyat vasitələrinin sürücüləri bu zolaqlara daxil olsalar, inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər.
Kamran Əliyev həmçinin, oyunlar zamanı nəqliyyat vasitələrinin rayonlardan Bakı şəhərinə daxil olması ilə bağlı mövcud məhdudiyyətlərin tətbiqinə də nəzarətin gücləndiriləcəyini bildirib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ