SON DƏQİQƏ
» » Hüquqşünas ATV-yə hiddətləndi: “Bu, nə biabrçılıqdır?!”

Hüquqşünas ATV-yə hiddətləndi: “Bu, nə biabrçılıqdır?!”

Tarix:

21-04-2017, 15:07

/ 6 754 dəfə oxundu.
Hüquqşünas ATV-yə hiddətləndi: “Bu, nə biabrçılıqdır?!”

"Mən inana bilmirəm ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutan layihədə bu cür biabrçı hala yol verilib. Həmin proqramda komissiya üzvlərinin etikasına şübhə ilə yanaşıram. O gənc bəlkə də bundan sonrakı mərhələdə uğurlu layihələrə imza atardı. Lakin komissiya üzvlərinin etikaya sığmayan hərəkətləri həmin gəncin gələcək karyerasına ağır zərbə vurdu. Bir növ hələ erkən yaşda mənəvi travma aldı”

Bunu Femida.az-a açıqlamasında hüquqşünas Sahib Məmmədov deyib.
O bildirdi ki, efirdə gəncə qarşı sərgilənən bu davranış mülki məsuliyyətə səbəb ola bilər:
"Başa düşmürəm ki, onlara bu cür abırsız hərəkət etmək hüququnu kim verib axı?! Gənc ola bilsin, uğursuz terminlər seçib. Ola bilsin, bu sahədə təcrübəsi çox azdır. Ona təşəkkür edərək layihəsinin qəbul edilmədiyini bildirmək olardı. Bununla məsələ bitməliydi. Lakin təəssüf edirəm ki, həmin gəncə qarşı efirə yaraşmayan, insan ləyaqətini alçaldan davranış sərgiləndi. Gəncin şərəf və ləyaqəti alçaldıldı və onun işgüzar nüfuzuna zərər vuruldu. Bu həm də mülki məsuliyyətə səbəb ola bilər”. 

Sahib Məmmədov sonda həmin gəncə öz dəstəyini ifadə edib.
Qeyd edək ki, kənd təsərrüfatı sahəsinə aid layihəsi ilə münsiflərin diqqətini cəlb etməyə çalışan gəncin ideyası onların gülüşünə səbəb olub. Onlardan biri layihə haqqında məlumat yazılan vərəqi yerə atıb, digərləri isə özlərini gülməkdən saxlaya bilməyiblər. 
Münsiflərin gülüşünün ən böyük səbəbi layihə təqdimatçısının danışığındakı qüsurlar olub. Belə ki, o layihəsi haqqında məlumat verərkən çətinlik çəkib. Bundan başqa onun təqdim etdiyi layihə münsiflər tərəfindən tamamilə mənasız hesab olunub. Nə edəcəyini bilməyən iştirakçı, onu lağa qoyan münsiflərin verdiyi sualları cavablandırmaq məcburiyyətində qalıb. 
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi, Paşa Bank ASC və Youth İNC proqramı tərəfindən dəstəklənən "İdeya Qazandı" verilişi ATV-nin efirində yayımlanır. Layihənin məqsədi 16-35 yaş arası gənclərin ideyalarına dəstək olmaqdır. 

Həmin videogörüntünü oxuculara təqdim edirik:

GUNAZ.az


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ