SON DƏQİQƏ
» » Ətin qiymətinin qalxması restoranlara da təsir edib

Ətin qiymətinin qalxması restoranlara da təsir edib

Tarix:

4-02-2017, 20:55

/ 4 079 dəfə oxundu.
Ətin qiymətinin qalxması restoranlara da təsir edib

Artıq bir müddətdir ki, ət satışı məntəqələrində qiymətlərdə bahalaşma müşahidə edilir. Son vaxtlar qiymət 3-5 manata qədər qalxıb.
Qəssabların sözlərinə görə, qoyun ətinə nisbətən mal əti daha çox bahalaşıb.Satıcılar qiymətlərin bu qədər yüksəlməsini ümumi bahalaşma ilə izah edirlər.
Ətin qiymətinin bahalaşması şadlıq evlərindən də yan keçməyib. Menyulardakı yeməklərin daha çox ət və ət məhsulları ilə hazırlanması restoran sahibləri üçün də müəyyən problemlər yaradıb.
Restoran inzibatçılarının sözlərinə görə, son zamanlar, ümumiyyətlə şadlıq evlərində toy edənlərin sayında azalma var. Əgər toy qiymətlərində də artımlar olsa, bu zaman onlar tamamilə müştərisiz qala bilərlər. Elə buna görə də müəyyən vasitələrlə qiyməti artırmadan müştəri cəlb etməyə çalışırlar.
Qəssablar isə əgər belə davam edərsə, qiymətlərdə bir qədər də artımın olacağını deyirlər. Belə olan halda restoran qiymətlərinin sonrakı aqibəti necə olacaq, bu, sual altındadır.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər