SON DƏQİQƏ

Bu sürücülərə XƏBƏRDARLIQ

Tarix:

31-01-2017, 11:11

/ 1 967 dəfə oxundu.
Bu sürücülərə XƏBƏRDARLIQ

Qarlı, şaxtalı hava şəraiti ilə bağlı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin texnika və canlı qüvvəsi hazırlıqlı vəziyyətə gətirilib.
ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakıda və ölkə ərazisində problemli yollar nəzarətə götürülüb.
"Hər hansı problem olarsa, texnika və canlı qüvvə həmin ərazilərə cəlb olunacaq. Hazırda Bakıda və ölkə ərazisindəki bütün avtomobil yollarında avtomobillərin hərəkəti üçün problem yoxdur. Tədbirlərin görülməsinə baxmayaraq, təcrübəsiz və hazırlıqsız sürücülər yollara çıxmasınlar. Həmin avtomobillər və sürücülərə görə, digər hərəkət iştirakçıları da əziyyət çəkir, yollarda tıxaclar yaranır. Həmçinin, həmin sürücülərə görə, texnikalarımız problem müşahidə olunan ərazilərə vaxtında çata bilmir”.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ