SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"-31 Yanvar

Tarix:

31-01-2017, 10:33

/ 10 448 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"-31 Yanvar

 Xəlilbəyli Təbriz
Azərbaycanın Milli qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Azərbaycanın xalq şairi Xəlil Rzanın oğlu Xəlilbəyli Təbriz 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollandı. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, qəhrəmanlıq nümunəsi göstərmişdi. Döyüş şücaətinə görə DİN-nin "Boz qurd" mükafatına layiq görülüb. 1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü oldu. O, qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub.
 

 

***

Şahin Məmmədov  
Şahin Zahid oğlu Məmmədov "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülmüşdür. O, 1972-ci il 31 yanvar Lənkəranda anadan olub. Subay idi. 113 nömrəli texniki-peşə məktəbində oxuyub. Ailənin yeganə oğul payı idi. 3 bacısı qardaşsız qaldı. Yanvarın 26-da gündüz saat 14.00 radələrində üç dost Bədəlov Rövşən, Məmmədov Şahin və Allahverdiyev Rövşən, Hoftomi-Kirov kəndləri arasında atəşə tutulmuş, öldürüldükdən sonra Şahin və Bədəlov Rövşən yandırılmışdır. Allahverdiyev Rövşən isə qolundan yaralanıb.Şahinin meyidi tanınmaz hala salındığı üçün valideynləri onu çox çətinliklə tanıya bilmişlər.Lənkəranda dəfn olunub.
 
  
скачать dle 12.1

Şərhlər