SON DƏQİQƏ

Səfir Şamaxıya səfər edib

Tarix:

24-01-2017, 21:25

/ 3 423 dəfə oxundu.
Səfir Şamaxıya səfər edib

Fransanın Azərbaycandakı səfiri  xanım Orelya Buşez Şamaxıya səfər edib. 
Səfirlikdən verilən məlumata görə, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ilə görüş zamanı səfir Fransanın və Azərbaycanın regionları arasında qeyri-mərkəzləşdirilmiş formada əməkdaşlığın əhəmiyyətini və Fransanın Azərbaycan iqtisadiyyatının diversifikasiyası strategiyasına dəstəyini vurğulayıb.
O, Şamaxı rayonunun kənd təsərrüfatı, üzümçülük və turizm kimi sahələrdə fəaliyyətindən və həyata keçirilən layihələrdən, eləcə də fransız dilinin məktəblərdə tədrisindən məmnun olduğunu bildirib.
Səfir üzüm sahələrinə baş çəkib və burada regionun iki şərab istehsalçısı- "Az-Granata" və "Şirvan Şərab" şirkətlərinin nümayəndələri ilə görüşüb. O.Buşez fransız şirkətləri ilə əməkdaşlıqdan razı qaldığını söyləyib.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ