SON DƏQİQƏ
» Bakıda ər-arvad kirayədə qaldıqları evin mebellərini satdılar və...

Bakıda ər-arvad kirayədə qaldıqları evin mebellərini satdılar və...

Tarix:

4-01-2019, 18:52

/ 10 183 dəfə oxundu.
Bakıda ər-arvad kirayədə qaldıqları evin mebellərini satdılar və...

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Qadir Tağıyev və onun həyat yoldaşı Sevgül Əmirxanovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Trend-in məlunatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Q.Tağıyev 10 il azadlıqdan məhrum edilib. Barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş S.Əmirxanovaya isə şərti cəza verilib.

İttiham aktına əsasən, Q.Tağıyev və onun həyat yoldaşı S.Əmirxanova Bakıda kirayə qaldığı Nailə Məmmədovaya məxsus mənzilin mebelini satıblar. Onlar müştəriyə mebeli və mənzilin özlərinə məxsus olduğunu iddia ediblər. Qonşular ev əşyalarının satıldığını görəndə, N.Məmmədovaya xəbər veriblər. Qadının şikayəti əsasında Q.Tağıyev həbs edilib, S.Əmirxanova barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ